fbpx

Azərbaycan dəniz suyunun duzsuzlaşdırılması sahəsində İsraillə əməkdaşlıq edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə İsrailin milli su operatoru “Mekorot Water Company” şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, “Azərsu” ASC-də “Mekorot Water Company” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Agentliyin sədri Zaur Mikayılov ölkəmizdə içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb: “Prezidentin 12 aprel 2023-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb. Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.

İsrail şirkətinin Direktorlar Şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 %-ni təmsil etdiyi şirkətin təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 %-nin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirib.

Görüşdə içməli su təchizatı sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #dəniz #suyunun #duzsuzlaşdırılması #sahəsində #İsraillə #əməkdaşlıq #edəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu