fbpx

Azərbaycan FHN Laçına öz yanğınsöndürənlərini göndərdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan FHN Laçın şəhərinə öz yanğınsöndürənlərini göndərib.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə videomateriallar Ermənistanın Telegram kanallarında yayılıb. Videodan və şərhlərdən belə anlaşılır ki, Azərbaycan bu cəsur addımı yaxın günlərdə ordumuza təhvil veriləcək Laçını qəsdən yandırılmaqdan qorumaq üçün atıb.

Erməni Telegram kanalları bu barədə yazır:

“Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib. Ona görə də Berdzora (Laçını “it dilində” belə yazırlar) yanğınsöndürənlər göndərilib. Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəliblər”.

Musavat.com diqqəti ona çəkir ki, yanğınsöndürən maşınların üzərinə “FHN FÜZULİ”, “FHN BEYLƏQAN” yazılıb. Bu da ona dəlalət edir ki, yanğınsönürənlər FHN-in Qarabağ bölgəsinin maşınları və əməkdaşlarıdır.

FHN-in maşınlarını Rusiya sülhməramlıları müşayiət edir. Bu da prosesin 2 dövlətin (Rusiya və Azərbaycan) rəhbərliyi səviyyəsində getməsinin göstəricisidir.

Laçın şəhəri və dəhlizi bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Bu prosesə etiraz edən gəlmə ermənilər şəhərdəki və dəhliz boyu yerləşən kəndlərdəki evləri vəhşicəsinə yandırırlar. Azərbaycan bunun qarşısını almaq və doğma, əziz Laçını yanğından qorumaq üçün bu addımı atır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu