fbpx

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 658,1 milyon manat və yaxud ötən ilin yanvar ayı ilə müqayisədə 11,1 % az vəsait yönəldilib.

Metbuta.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyaları 9,8 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,7 % azalıb.

Ay ərzində istifadə olunmuş vəsaitin 474,9 milyon manatı və yaxud 72,2 %-i məhsul istehsalı sahələrinə, 125 milyon manatı və yaxud 19,0%-i xidmət sahələrinə, 58,2 milyon manatı və yaxud 8,8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 362 milyon manatını və yaxud 55%-ni daxili vəsaitlər təşkil edib, 399,6 milyon manatı və yaxud 60,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İnvestisiya qoyuluşçunda müəssisə və təşkilatların vəsaitləri 83,1 %, əhalinin şəxsi vəsaitləri 9,6 %, büdcə vəsaitləri 3,5 %, sair vəsaitlər 3,1 %, bank kreditləri isə 0,7 % paya malik olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu