fbpx

Azərbaycan İsrailə başsağlığı verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, – Azərbaycanın xarici siyasət idarəsi başsağlılığda qeyd edib.

Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.

Hücum terror aktı kimi qiymətləndirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #İsrailə #başsağlığı #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu