fbpx

Azərbaycan Karate Federasiyaları Asossiasiyasına yeni prezident seçildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Karate Federasiyaları Asossiasiyasında (AKFA) prezident seçkisi keçirilib.

AKFA-dan Metbuat.az-a verilən məlumata görə, Milli Məclisin üzvü Ülvi Quliyev növbəti dəfə prezident vəsifəsinə seçilib.

Seçki Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağında baş tutub.

AKFA-nın vitse-prezidenti postuna Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov təyin olunublar. Yığıncaqda həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü seçiliblər.

Yığıncaqda çıxış edən Ülvi Quliyev qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov asossiasiyanın yeni seçilən rəhbrəliyini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Karate #Federasiyaları #Asossiasiyasına #yeni #prezident #seçildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu