fbpx

Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Maliyyə idarəsi arasında memorandum imzalanacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Gələn həftə Türkiyənin Maliyyə idarəsi ilə Azərbaycan Mərkəzi Bankı arasında Azərbaycanda yüksək texnologiyalar və rəqəmsallaşmanın inkişafı ilə bağlı memorandumun imzalanması gözlənilir.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu memorandum çərçivəsində sığorta bazarının və kapital bazarının rəqəmsallaşması sahəsində Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunması barədə razılıq əldə edib. Razılığa əsasən, İstanbul Fond Birjasının qiymətli kağızları Bakı Fond Birjasında, Azərbaycanın qiymətli kağızları isə Türkiyədə alınıb satılacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu