fbpx

Azərbaycan millilərinin rəqibləri bəlli olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Kişi və qadın voleybolçular arasında AVRO-2023-ün seçmə mərhələsinin qrupları müəyyənləşib. Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millilərinin də rəqibləri bəlli olub.

Metbuta.az xəbər verir ki, kişilərdən ibarət yığmamız A qrupunda mübarizə aparacaq. Onların rəqibləri TürkiyəDanimarka milliləri olacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Qadınlardan ibarət yığmamız isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, GürcüstanAvstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Kişi və qadın voleybolçular arasında Avropa çempionatının həlledici mərhələsini keçirəcək ölkələr hələlik açıqlanmayıb.

Qeyd edək ki, qitə çempionatının seçmə mərhələsinin görüşləri avqust – sentyabrda olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu