fbpx

Azərbaycan millisinin sabiq baş məşqçisi: “Messi bu kuboka layiqdir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Lionel Messinin topla hər davranışı futbolçular üçün dərsdir. O, bu kuboka layiqdir”.

Metbuat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Qətərdə keçirilən dünya çempionatının final oyunu ilə bağlı danışarkən deyib.

75 yaşlı mütəxəssis bildirib ki, Fransa seçməsi ilə baş tutacaq final görüşündə Lionel Messinin kapitanı olduğu Argentina yığmasının çempionluğunu arzulayır: “Argentina son üç dünya çempionatının ikisində finala çıxıb. Amma onlar üçün uğur yalnız çempionluqdur. 2014-cü ildəki mundialın finalında Almaniyanın bəxti gətirmişdi. Bu dəfə Argentinanın çempion olmasını arzulayıram. Turnirin əvvəlindən Braziliya və Argentinaya azarkeşlik edirdim. Cənubi Amerika təmsilçisi ilk oyunda Səudiyyə Ərəbistanına (1:2) uduzandan sonra toparlandı, qələbələri sıraladı. Ümid edirəm ki, Fransanı da məğlub edəcəklər”.

Mircavadov son dünya çempionu Fransa millisinin dörd il əvvəlki mundialda daha güclü olduğunu düşünür: “Fransa yığmasına azarkeşlik eləmirəm. Ümumiyyətlə, onlardan ölkə olaraq xoşum gəlmir. Amma etiraf etməliyəm ki, milliləri güclüdür. Doğrudur, çempion olduqları 2018-ci ildəki dünya çempionatı ilə müqayisədə bir qədər zəifləyiblər. Əgər DÇ-2018-in bütün matçlarını üstün keçirdilərsə, bu turnirdə sırf nəticəyə oynadılar”.

Qeyd edək ki, dekabrın 18-də “Lusail” stadionunda keçiriləcək Argentina – Fransa qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #millisinin #sabiq #baş #məşqçisi #Messi #kuboka #layiqdir

Bir Cevap Yazın

Başa dön tuşu