Azərbaycan Ordusuna MAXE qəbulu davam edir
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesi davam edir.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun növlərinin hərbi hissələrinin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Qəbul qaydaları barədə
https://www.youtube.com/watch?v=YiTt6PvQj3k
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.