fbpx
Xəbərlər

“Qarabağ Azərbaycanın bir hissəsidir” – Zaxarovadan İrəvana şillə

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya XİN rəsmisi Mariya Zaxarova sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması nəticəsində rusiyalı hərbçilərin ölümünü şərh edib.

Metbuat.az bildirir ki, o, baş verənlərdə Ermənistanı günahlandırıb:

“İrəvan imzaladığı Üçtərəfli Bəyanatları həyata keçirməyi deyil, “xoşbəxtliyi” NATO və Aİ-də axtarmağı seçdi. Məhz Brüsselin və baş məsləhətçi – Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edilib. Burada deyilir ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #Azərbaycanın #bir #hissəsidir #Zaxarovadan #İrəvana #şillə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu