fbpx

Azərbaycan parada 3 nəfərlə çıxacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Milli Olimpiya Komitəsindən Metbuat.az-a verilən məlumata görə, yığmamız bu gün saat 16:00-da start götürəcək parada 3 nəfərlə qatılacaq.

Qış Olimpiya Oyunlarında Azərbaycanın şef-de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetvertuxin və yığmamızın bayraqdarı Vladimir Litvinsev Pekin Milli Stadionunda təşkil olunacaq mərasimə qatılacaq.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci çıxacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu