fbpx

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”nı qəbul edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

Metbuat.az xəbər verir ki, oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Sumqayıt“ı qəbul edəcək.

Günün ikinci qarşılaşmasında 52 xalla lider olan “Qarabağ” 20 xalla 6-cı sıradakı “Şamaxı” ilə üz-üzə gələcək. Oyunun nəticəsi komandaların mövqeyinə təsir etməyəcək.

Azərbaycan Premyer Liqası, XXIII tur

15 aprel (cümə)

17:00. “Qəbələ” – “Sumqayıt

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

19:30. “Qarabağ” – “Şamaxı”

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Azersun Arena”

Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin