fbpx

“Evdə 52 nəfər qızıma baxır”

BEY.AZ informasiya agentliyi xəbər verir


Müğənni Sevda Yahyayeva “Səhər mərkəzi” verilişində qonaq olub.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, ana olduqdan sonra ilk dəfə efirə çıxan ifaçı qızı Ayla ilə bağlı sualları cavablayıb.

“Ötən şənbə Aylanın 40 günü tamam oldu. Ona fotosessiya etdirmək istəyirəm. Sosial şəbəkə izləyicilərim yazırlar ki, Aylanı görmək istəyirik. İnşallah, gözəl fotolar çəkdirəndən sonra sosial şəbəkə hesabımda paylaşacağam. Qızım daha çox atası Zakirə oxşayır.

Ayla dünyaya gəlməmişdən əvvəl ultrasəs aparatı ilə çəkilən şəkillərənə baxdıqda deyirdik Zakirə bənzəyir. Dünyaya gəldi, gördük ki, həqiqətən elə Zakirə oxşayır. Qızım yatanda da öz rahatlığını fikirləşir. Əlini başının altına qoyub yatır. Bu hissləri yaşamayanlara arzu edirəm. Sözlə ifadə etmək olmur. Evdən çıxanda da fikrim qalır, görəsən Ayla neynir? Baxmayaraq ki, evdə 52 nəfər var, hamısı da ona baxır. Amma yenə də fikrim qızımın yanında qalır” deyə, Sevda bildirib.

Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailə qurub. Cütlüyün övladı ötən ilin dekabrında dünyaya gəlib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Evdə #nəfər #qızıma #baxır

Bir Cevap Yazın

Başa dön tuşu