Azərbaycan Prezidenti almaniyalı həmkarını təbrik edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
Metbuat.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz bu il Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyini qeyd edəcəyik. Bu dövr ərzində ikitərəfli səviyyədə nail olduğumuz siyasi dialoq, bir sıra sahələrdə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.
İnanıram ki, dövlətlərarası münasibətlərimiz və səmərəli əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.