fbpx

Uşaqlar arasında yayılan yeni virus: “Bu halda məktəbə göndərməyin”

BEY.AZ informasiya agentliyi xəbər verir


Son zamanlarda uşaqlar və böyüklər arasında kəskin virus yayılıb.

Pandemiyadan sonra bu tip virusların sayında artım müşahidə edilir. Bu viruslar əsasən qış aylarında daha çox müşahidə edilir.

Maraqlıdır, görəsən, uşaqlar bu viruslardan necə qoruna bilərlər?

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı pediatr Qoşqar İsmayılov lent.az-a bildirib ki, son iki həftə ərzində yayılan viruslar influensa viruslarıdır.

Onun sözlərinə görə, bu viruslar uşaqlarda və böyüklərdə yüksək hərarət, boğaz ağrısı və angina formasında müşahidə edilir:

“Bu cür hallarda mütləq şəkildə həkimə müraciət edilməlidir. Həkimin müayinəsindən sonra müalicəyə başlamaq lazımdır. Profilaktiki olaraq təbii ki, sağlam qidalanmaya üstünlük verilməli, yuxu rejimi normallaşdırılmalı və qapalı məkanlarda çox qalmamalıyıq. Əgər, bağçada, məktəbdə xəstə olan və ya virusa yoluxan varsa, uşaqları məktəbə və bağçaya göndərməməliyik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Uşaqlar #arasında #yayılan #yeni #virus #halda #məktəbə #göndərməyin

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu