fbpx

Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı davam etdirilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Cari ilin 15-17 noyabr tarixlərində İspaniya Krallığının paytaxtı Madrid şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) üçüncü iclası keçirilib.

Metbuat.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

BMT nümayəndələri, habelə, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Böyük Britaniya, Türkiyə, Çin, Albaniya, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil ediblər.

İclasda Şəbəkənin illik iş planının icra vəziyyəti, birinci iclasdan hazırkı dövrə qədər olan müddət ərzində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nailiyyətlər, korrupsiyaya qarşı mübarizə aparan orqanlar arasında qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, müvafiq sorğuların cavablandırılması prosesinin sürətləndirməsinin təmin edilməsi məqsədilə yaradılmış Təhlükəsiz Rabitə Platformasının (Secure Communication Platform) funksiyalarının genişləndirilməsi və digər bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı nümayəndələrimiz Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən beynəlxalq əməkdaşlığın ayrı-ayrı sahələri və həmin münasibətlər çərçivəsində görülmüş işlər, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş mütərəqqi islahatlar, sözügedən sahədə hüquq mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti və digər məsələlər barədə iştirakçıları məlumatlandırıblar.

Bundan başqa, iclas zamanı nümayəndələrimiz GlobE Katibliyinin rəsmiləri və eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektləri üzrə müzakirələr aparıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu