fbpx
Xəbərlər

Azərbaycan qeyri-neft ixracını 45% artırıb

BEY.AZ informasiya agentliyi xəbər verir


2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 mln. ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə “İxrac icmalı”nın aprel sayında qeyd olunub.

Belə ki, bu, 2021-ci il ilə müqayisədə 225,6 mln. ABŞ dolları və ya 45% artıb.

2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% artaraq 124,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7%, pambıq iplik ixracı 29,3%, pambıq lifi ixracı isə 5,6% artıb.

2022-ci ilin mart ayı üzrə ixrac 2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,9% təşkil etməklə 265,5 mln ABŞ dolları olub. 2022-ci ilin mart ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6% artaraq 48,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 70,1% artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu