fbpx

Azərbaycan quş qripinə görə İraqa qoyduğu məhdudiyyəti aradan qaldırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan quş qripinə görə İraqa qoyduğu məhdudiyyəti aradan qaldırıb.

Metbuat.az bu barədəQida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, İraq Respublikasının Səlahəddin və Bəsrə əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, İraq Respublikasının qeyd olunan əyalətlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliyə görə həmin ərazilərdə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə İraq Respublikasının adları sadalanan əyalətlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu