fbpx

Azərbaycan Superliqasında növbəti turun proqramı açıqlanıb

BEY MEDIA İnformasiya agenti xəbər verir


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.

Yanvarın 18-də ilk olaraq III turun “Azərreyl” və “Murov” komandaları meydana çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.

Yanvarın 21-də isə I turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq. Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, görüşlər pandemiya səbəbindən azarkeşsiz oynanılacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu