fbpx

Azərbaycan tərəfi İranla danışıqları müsbət qiymətləndirir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir.

İlgili Makaleler

Metbuat.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin iki ölkənin xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları ilə bağlı aprelin 10-da verdiyi şərhə dair yerli medianın sualını cavablandırarkən deyib.

Mətbuat katibi qeyd edib ki, bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir.

“Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir”, – deyə Ayxan Hacızadə vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #tərəfi #İranla #danışıqları #müsbət #qiymətləndirir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu