fbpx

“Azərbaycan tərəfindən Laçın yolunun bağlanması barədə iddialar əsassızdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazlar Azərbaycan vətəndaşlarının legitim hüququdur. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsi zəruridir.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı söyləyib.

Nazir Ceyhun Bayramov qeyd edib ki, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddialar əsassızdır. “Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsi Ermənistan tərəfinin əsassız iddialarını təkzib edir”, – deyə nazir vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #tərəfindən #Laçın #yolunun #bağlanması #barədə #iddialar #əsassızdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu