fbpx

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı davam edir.

Taekvondo Federasiyasından Metbuat.az-a verilən məlumata görə, yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi komandanın heyətində Səyyad Dadaşov (54 kq) Avropa çempionu tituluna layiq görülüb. İlk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edən taekvondoçumuz ardınca Relja İvkoviçə (Serbiya) də eyni hesabla qalib gəlib. Dadaşov 1/8 finalda türkiyəli Haktan Can üzərində də inamlı qələbə qazanıb – 2:0. Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, rəqib zədə səbəbindən dayanq üzərinə çıxmayıb və Səyyad finala yüksəlib.

Həlledici döyüş kifayət qədər gərgin alınıb. Niderlandlı Milan Millla ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Dadaşov Avropa çempionatının qızıl medalına yiyələnib.

Yığmamızın aktivinə digər mükafatı Eltac Qafarov əlavə edib. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda serbiyalı Stefan Takovla üz-üzə gəlib. Rəqib 2:0 hesabı ilə qələbə qazandığından təmsilçimiz bürünc medala sahib olub.

Beləliklə, milli komanda 5 ildən sonra Avropa çempionatında yenidən medal qazanıb. Dadaşovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması ilə U-21-lərin yarışında isə 9 ildən sonra Azərbaycan himni səsləndirilib.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu