Azərbaycan, Türkiyə və Türkmənistan arasında viza rejimi sadələşdiriləcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanmış “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” üç ölkə arasında və ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafına, nəqliyyatın rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsinə, avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılmasına xidmət edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter hesabında məlumat verib.
Qeyd edək ki, sözügedən sənəd azərbaycanlı nazir, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev imzalayıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Türkiyə #və #Türkmənistan #arasında #viza #rejimi #sadələşdiriləcək