fbpx

Azərbaycan və Qazaxıstan hərbi gəmiləri ilə birgə tapşırıqlar icra ediblər

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar, onların icra ardıcıllığı və digər zəruri məlumatlar verilib.

Sonra hər iki ölkənin HDQ-nin şəxsi heyəti və gəmiləri ilə müxtəlif epizodlar üzrə tapşırıqlar məşq etdirilib, həmçinin onlar arasında döyüş uzlaşması həyata keçirilib.

Qeyd edək ki, təlim məşqlərinə cəlb olunan heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #və #Qazaxıstan #hərbi #gəmiləri #ilə #birgə #tapşırıqlar #icra #ediblər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu