Azərbaycan və Rusiya arasında bəyannamə imzalanacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya KİV-ində Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanacağı ilə bağlı məlumatlar yayılıb.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” bəyannamənin imzalanması nəzərdə tutulur.
Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun müddətdir hazırlanan səfərdir. Azəbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanması ilə bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb.
Qeyd edək ki, 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanmışdı. İndi isə Şuşa bəyannaməsinə oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması gözlənilir. Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Buna görə də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsələ deyil.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.