fbpx

“Azərbaycan və Türkiyə ordularının inteqrasiyası labüddür”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan və Türkiyə ordularının inteqrasiyası və bir ordu olması yolunda fəaliyyətləri hər iki ordunun say və texniki baxımdan da qarşılıqlı olaraq artırılmasını labüd edir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Azər Qasımov deyib. Onun sözlərinə görə, geosiyasi və regional məlum xırdalıqları yazmağa getmədən bilməliyik ki, bu, mütləqdir və hər iki ordu öz strukturlarını qarşılıqlı fəaliyyət üzərində qurmalıdır.

“Orduların potensialı bir-birinə dəstək üzərində təşkil olunmalı, hərbi təchizat buna görə ayarlanmalı, ehtiyac halında eyni vaxtda bir neçə cəbhədə əməliyyat aparmağa hesablanmalıdır. Fikrimcə, Türkiyə və Azərbaycan ərazilərində bu məqsədlə ayrı-ayrılıqda əlavə bir ordu birləşməsi də formalaşdırmaq lazımdır. Bu ordu birləşmələrində hər iki ölkənin əsgər və zabitləri eyni vaxtda birlikdə qarışıq olaraq hərbi xidmət keçməlidir. Bunun çağırışçı və ya professional əsgərlər olmasınıa isə tərəflər qərar verməlidir. Hərbi texnika baxımından ortaq istehsal artırılmalı və ordunun təchizatı daha çox buna köklənməlidir. Tədricən bu praktikanı digər Türk Dövlətləri Təşkilatı ölkələrinə də yaymaq lazımdır, hətta mümkünsə birlikdə eyni vaxtda başlanmalıdır”.

Azər Qasımov qeyd etdi ki, bununla yanaşı ideoloji işin aparılması prosesi də sürətlənməlidir.

“Ortaq televiziya kanalının açılması məsələsi gündəmə gəlməlidir. Cənubi Azərbaycan məsələsi dövlətlər səviyyəsində qarşılıqlı təbliğ olunmalıdır. Artıq hər kəs öz tərəfini seçib və bundan sonra İranla münasibətlərin düzəlməsi mümkün olmayacaq. Proses sona kimi davam etməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu