fbpx

Azərbaycan vətəndaşı Çexiyada “Porshe” ilə polisdən qaçdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Çexiyada qaçaq həyatı yaşayan Azərbaycan vətəndaşı polisdən qaçarkən qəzaya düşüb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, Praqa polisinin qanunsuzluqlara yol verən sürücülərə qarşı keçirdiyi reyd zamanı qara “plyonka”lı “Porsche” markalı avtomobili saxlayıblar.

Yoxlama zamanı sürücünün Şengen zonasına girişinin qadağan olunduğu, arzuolunmaz şəxslər siyahısında olduğu və qeyri-qanuni olaraq Çexiyada yaşadığı ortaya çıxıb. Bu zaman o, avtomobilin sürətini artıraraq ərazidən qaçmaq istəyib. Polisin təqib etdiyi avtomobil yaxın məsafədə işıq dirəyinə çırpılıb. Xəsarət alan sürücü polisin nəzarəti altında xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları hələ ki şəxsin kimliyini açıqlamayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #vətəndaşı #Çexiyada #Porshe #ilə #polisdən #qaçdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu