fbpx

Azərbaycan XİN Dağıstandakı partlayışla əlaqədar başsağlığı verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib.

“Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 30 nəfər həyatını itirib. Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan olunub. Hadisənin baş verdiyi Kumtorkalinski rayonunda isə fövqəladə vəziyyət rejimi tətbiq edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #XİN #Dağıstandakı #partlayışla #əlaqədar #başsağlığı #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu