fbpx

Azərbaycan XİN Mərakeşə başsağlığı verib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Xarici İşlər Nazirliyi güclü zəlzələ nəticəsində çoxlu sayda ölümün qeydə alınması ilə bağlı Mərakeşə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” platformasında məlumat yayıb.

“Mərakeşdə baş verən zəlzələ nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına tezliklə şəfa diləyirik. Bizim dəstəyimiz Mərakeş hökuməti və xalqı ilədir”, paylaşımda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 6.8 bal gücündə zəlzələ olub. İndiyə qədər 632 nəfərin öldüyü, 329 nəfərin xəsarət aldığı bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #XİN #Mərakeşə #başsağlığı #verib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu