fbpx
Xəbərlər

Azərbaycan zəlzələdən əziyyət çəkən soydaşlarımıza yardım etmək istəyib

BEY.AZ informasiya agentliyi xəbər verir


Tehran administrasiyası Azərbaycanın İranın Xoy şəhərində zəlzələdən zərərçəkənlərə yardım təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə Anadolu agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. Agentlik yazır ki, səfirliyə hücumla bağlı iki ölkə arasında yaranmış böhrana baxmayaraq, Azərbaycan hökuməti Xoy şəhərindəki zəlzələ ilə bağlı Tehran səfirliyinə yardım təklif edib. Tehran administrasiyası Azərbaycanın yardım təklifini qəbul etməyib. Qeyd edilir ki, zələzlə nəticəsində on minlərlə azərbaycanlı zərər çəkib. Zəlzələdən zərər çəkənlərə yardım etməyən İran hökuməti başqalarına da kömək etməyə imkan vermir.

Qeyd edək ki, yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, Azərbaycan türklərinin sıx yaşadığı bölgədə zəlzələ nəticəsində 1500 ev dağılıb. Sosial şəbəkələrdə zəlzələdən zərərçəkənlərin İran dövlətindən heç bir yardım almadıqları və soyuq havada çöldə qaldıqları barədə görüntülər paylaşılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #zəlzələdən #əziyyət #çəkən #soydaşlarımıza #yardım #etmək #istəyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu