fbpx
Xəbərlər

“Azərbaycana qarşı informasiya müharibəsi aparılır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Bu, Azərbaycana qarşı olan təxribat xarakterli videoların yayılmasında, ölkənin xarici ölkələrdəki səfirliklərinə hücumlarda özünü göstərir”.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün işə başlayan payız sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan sülh danışıqlarını bundan sonra da davam etdirəcək: “Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə basdırılmış minaların xəritəsi Azərbaycana verilməlidir. Azərbaycan prokurorluğunda erməni əsgərlərinə qarşı əməllərə dair şikayətləri araşdırmaq məqsədilə istintaq başlayıb. Lakin Ermənistan tərəfindən belə bir istintaqa heç başlanılmayıb. Azərbaycan sülh tərəfdarıdır və buna nail olmaq üçün səylərini davam etdirəcək”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu