fbpx

“Azərbaycana qarşı uzanan əllər öz cavabını alacaqdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Son dövrlər Azərbaycan və İran arasında gərginləşən münasibətlər, bir-birini əvəz eləyən təxribatlar, terror əməlləri və bunların ardında İranın izlərinin müəyyən olunması çox təhlükəli tendensiyadan xəbər verir”.

Bu açıqlamanı Metbuat.az-a politoloq İlyas Hüseynov edib. Ekspert hesab edir ki, İran tərəfindən atılan bu addımlar Azərbaycanda sabitliyi pozmağa və dövlətçilik ənənələrini dağıtmağa yönəlib.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov

“Bildiyiniz kimi, Azərbaycanın xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda “Kərimə dövlət”i qurmaq istəyənlərin planı alt-üst oldu və əməliyyat uğurla icra olundu. Azərbaycan güclü dövlətdir və bu cür addımları cavabsız qoymayacaqdır. Ölkəmiz təhlükəsizliyini, ictimai asayişi, qətiyyətlə və prinsipiallıqla müdafiə edir. Azərbaycana qarşı uzanan əllər öz cavabını alacaqdır.

İlyas Hüseynov rəsmi Tehranın Azərbaycana qarşı mövqeyini qərəzli olduğunu qeyd edərək bildirdi ki, məhz Tehranda Azərbaycan səfirliyinə qarşı edilən terror hücumunda da istintaq prosesinin getməməsi təəssüf doğuran məqamdır.

“Maddi maraq müqabilində vətəndaşlarımızın casusluq fəaliyyətinə cəlb olunması da çox sərt qınanılmalıdır. Eyni zamanda, İran parlamentinin də Azərbaycana qarşı qərəzli addımları xüsusilə vurğulanmalıdır. Azərbaycan müstəqil, regional və beynəlxalq xarici siyasət yürüdür. Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edir və bu, ardıcıl xarakter daşıyır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycana #qarşı #uzanan #əllər #öz #cavabını #alacaqdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu