fbpx

Azərbaycanda əmtəə bazarı 3%-dən çox böyüyüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 mlrd. manatlıq, o cümlədən 17,5 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2% , qeyri-ərzaq malları üzrə 4,3% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manatlıq, o cümlədən 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,0 manatlıq qeyri-ərzaq malları alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #əmtəə #bazarı #3dən #çox #böyüyüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu