fbpx

Azərbaycanda 12 yaşlı şagird sinif yoldaşları tərəfindən DÖYÜLDÜ

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda xəsarət almış şagirdin sinif yoldaşları tərəfindən döyüldüyü məlum olub.

Bu barədə Metbuat.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu

O, bir neçə ay öncə 12 yaşlı yeniyetmə oğlanın zorakılığa məruz qalması iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan informasiyaya dair bildirib ki, hələ, iyul ayında Dövlət Komitəsi faktın araşdırılması üçün aidiyyəti üzrə rayon İcra Hakimiyyətinə, Baş Prokrorluq, Daxili işlər və Təhsil Nazirliyinə müraciət edib

Həmin müraciətlər əsasında aparılan təhqiqat nəticələrinə dair Dövlət Komitəsinə daxil olan cavablarda təyin edilmiş ekspertizada iddiaların təsdiqini tapmadığı qeyd olunub.

Həmçinin həmin məktəbin 5-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı bir neçə sinif yoldaşının həmin məktəbliyə vurmaq dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi aşkarlanıb.

Yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib.

Lakin 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmadığından onlarla bağlı profilaktiki yığım işinin açılması şöbənin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupuna həvalə olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin