fbpx

Hizbullah lideri HƏMAS nümayəndələri ilə görüşdü

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Livan Hizbullahının liderlərindən olan Həsən Nəsrullah “Fələstin İslami Cihad Hərəkatı”nın rəhbəri Ziyad əl-Nəhhale və HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Aruri ilə görüşüb.

BEY.AZ xəbər verir ki, bu barədə Hizbullahın rəsmi teleqram hesabında açıqlama verilib. Bildirilib ki, görüşdə Qəzzada baş verən son hadisələr, xüsusilə HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əqsa tufanı” hücumu və Livan-İsrail sərhədindəki qarşıdurmalar müzakirə edilib.Açıqlamada qeyd edilib ki, müzakirə zamanı İsrailin Qəzza və Fələstinə qarşı vəhşicəsinə hücumunu dayandırmaq üçün müqavimət cəbhəsinin ata biləcəyi addımlar nəzərdən keçirilib.

Bəyanatda həmçinin bildirilib ki, görüş zamanı hadisələrin gündəlik izlənilməsi və daimi koordinasiyanın davam etdirilməsi vurğulanıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Hizbullah #lideri #HƏMAS #nümayəndələri #ilə #görüşdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu