fbpx

Azərbaycanda baş həkim VƏFAT ETDİ

BEY.AZ informasiya agentliyi xəbər verir

“Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini, baş həkim Eldar Muradov bu gün vəfat edib.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, o xəstəlikdən əziyyət çəkibmiş.

Qeyd edək ki, Eldar Muradov 3 may 1957-ci ildə anadan olub. 1975-1981-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1979-1980-ci illərdə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında və Respublika Kliniki Xəstəxanasında sanitar və feldşer vəzifəsində işləyib. 1981-1982-ci illərdə Gəncə şəhər 1 nömrəli Uşaq Xəstəxanasında internatura təhsili alıb.

1982-1983-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.

1986-cı ildə Kiyev Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, 1991, 1997, 2001-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Pediatriya üzrə təkmilləşdirmə kursu keçib.

1988-ci ildə Moskva şəhərində Həkimlərin Ümumittifaq Qurultayının, 1997-ci ildə Bakı şəhərində Türk Dövlətləri Pediatrların Qurultayının iştirakçısı olub. 2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.

Bir 1 nəfər və mətn şəkili ola bilər

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu