Azərbaycanda birdəfəlik əməliyyatların monitorinqi mexanizmi yaradılacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə birdəfəlik əməliyyatların monitorinqi mexanizmi qurulacaq.
Metbuat.az xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Plana əsasən, birdəfəlik əməliyyatlarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması hallarının müəyyənləşdirilməsi, əhatəli hesabatlılıq rejiminin yaradılması və birdəfəlik əməliyyatların monitorinqə cəlb edilməsi prosesinə Azərbaycan Mərkəzi Bankı (AMB), Vəkillər Kollegiyası, aidiyyəti sahəvi qeyri-kommersiya qurumları – Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası cəlb ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #birdəfəlik #əməliyyatların #monitorinqi #mexanizmi #yaradılacaq