Azərbaycanda çətin həyat şəraitində olan uşaqların aşkarlanması qaydası hazırlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda “Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi” Qaydası hazırlanıb.
Metbuat.az xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Qeyd olunub ki, sənəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və yaxın vaxtlarda təsdiq ediləcək.
Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.