fbpx
Xəbərlər

​”Real”ın Silva həmləsi Ardanın istəyinin üzərindən xətt çəkdi


“Real Madrid” mövsümün sonunda “Mançester Siti”nin ulduzu Bernardo Silvanı transfer etmək istəyir.

BEY.AZ xəbər verir ki, Silva da “Real”ın təklifinə razılıq verə bilər. “Daily Star”ın məlumatına görə, belə olan halda Arda Gülerin klubdan getməkdən başqa seçimi qalmayacaq. Çünki, Arda Silva gələndən sonra heyətə düşə bilməyəcək. Onun ehtiyatdan oyuna qoşulması da çətindir.

Qeyd edək ki, Arda Gülerin artıq klubdan getməyə qərar verdiyi deyilir. Məlumata görə, “Real Madrid” prezidenti Florentino Pereslə Arda Güler arasında danışıqlar aparılıb. Bundan əvvəl Ardanın baş məşqçi Karlo Ançelotti ilə də oxşar danışıqlar apardığı qeyd edilmişdi. Məlumata görə, Ançelotti Ardaya icarəyə getməyi tövsiyə edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu