fbpx

Azərbaycanda casusluqda ittiham olunan İran vətəndaşına hökm oxundu

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bakı Ağır Cinayətlər Məhkəməsində İrana cəsusluqda təqsirləndirilərək həbs edilən İran vətəndaşı Astan Babakın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə 14 il cəza istəyib.

Prosesdə son söz deyən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

Onun ifadəsi bitdikdən sonra məhkəmə müşavirəyə yollanıb. Daha sonra prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Astan Babak 12 il azadlıqdan məhrum edilib.

Rüya tabirlerini burdan oku

Cəzasını çəkəndən sonra A.Babak Azərbaycan ərazisindən məcburi çıxarılmalıdır.

İttihama görə, İran vətəndaşı Astan Babak bu il Naxçıvan şəhərində saxlanılıb. O, İrandan Azərbaycana ali təhsil almaq adı ilə gələn tələbələrə bələdçilik adı ilə Bakıya gəlib gedirmiş. Azərbaycanda olduğu müddətdə ölkədəki hərbi hissələrin və digər strateji obyektlərin yerini öyrənərək İran xüsusi xidmət orqanlarına ötürübmüş. Sonuncu dəfə o İran xüsusi xidmət orqanlarına məlumat ötürərkən Naxçıvandakı otellərdən birində saxlanılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #casusluqda #ittiham #olunan #İran #vətəndaşına #hökm #oxundu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu