fbpx

Azərbaycanda “Donuz qripi”nə yoluxanlar üçün xüsusi xəstəxana ayrılacaq?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Donuz qripi” mövsümü influenza (qrip) xəstəliyinin bir növü olduğu üçün buna görə xüsusi xəstəxananın ayrılmasına ehtiyac yoxdur”.

Metbuat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB-in tabeliyində olan bütün xəstəxanaların müvafiq şöbələrində həmin xəstələrin istər ambulator, istərsə də stasionar müalicəsi aparılır.

“Bu qrip ilk dəfə deyil. Həmişə olub. Bu baxımdan ayrıca xəstəxana ayrılmasına ehtiyac yoxdur” – deyə Yaqut Qarayeva bildirib.

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən Rusiya və Ermənistanda da donuz qripi virusu yayılıb. Səhiyyə Nazirliyindən isə bildirilib ki, Azərbaycanda bu virus hələ aşkarlanmayıb. Hazırda ölkədə yayılan mövsümi qrip və kəskin respirator virusdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #Donuz #qripinə #yoluxanlar #üçün #xüsusi #xəstəxana #ayrılacaq

Bir Cevap Yazın

Başa dön tuşu