fbpx

Azərbaycanda faciə: İki azyaşlı bacı qəfil vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Sumqayıtda 2 azyaşlı qız evdə olarkən qəfildən vəziyyətləri pisləşib. Dörd və 6 yaşlı bacılar xəstəxanaya çatdırılana qədər vəfat ediblər.

Metbuat.az xəbər verir ki, yaxınları azyaşlı bacıların halı pisləşən kimi valideynlərinin dərhal xəstəxanaya müraciət etdiklərini, lakin bunun gec olduğunu bildiriblər.

Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb. Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, eyni ailənin üzvü olan bacılar bu gün səhər saat 05:35-də uşaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqlarda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Daha ətraflı Xəzər TV-nin süjetində:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin