Azərbaycanda gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Metbuat.az-ın xəbərinə görə, dəyişikliklə gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılıb.
Belə ki, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.
Məcəlləyə edilmiş dəyişikliklə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizmi tətbiq olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.