fbpx
Xəbərlər

Azərbaycanda Hadisəyə cinayət işi açıla bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyəli müğənni Hadisəyə qarşı cinayət işi açıla bilər.

İlgili Makaleler

Metbuat.az “Valyuta.az”a istinadən bildirir ki, bunu vəkil Əkrəm Həsənov Hadisənin Bakı konsertindən əldə etdiyi gəlirin hüquqi tərəflərini izah edərkən deyib. O bildirib ki, qanunvericiliyə əsasən, Hadisə Azərbaycanda keçirdiyi konsertdən əldə etdiyi gəlirdən ən azı 10 faiz vergi ödəməlidir:

“Bundan əlavə, vaxtında ödənilməyən verginin üstünə faiz gəlir. Buna görə müğənni ən azı 50% həcmində cərimə oluna bilər. Üstəlik vergisini də ödəməlidir. Əgər vergisini ödəməsə, onu cinayət məsuliyyəti gözləyə bilər”.

Əkrəm Həsənov bundan əlavə müğənninin bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyə biləcəyini vurğulayıb.

Qeyd edək ki, türk müğənnisi Hadisə Bakıda keçirdiyi konsertindən 5 milyon lirə (328.000 manat) qazanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #Hadisəyə #cinayət #işi #açıla #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu