fbpx

Azərbaycanda iş adamı qətlə YETİRİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Göyçay Rayon Prokurorluğu iş adamının qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Metbuat.az-a daxil olan məlumatda deyilir:

“Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir”.

Qeyd edək ki, qətlə yetirilən Cavanşir Şükürov iş adamı olub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu