fbpx

Azərbaycanda məktəbli qız qaçırılıb

BEY MEDIA İnformasiya agenti xəbər verir


Tərtər rayonunda məktəbli qız qaçırılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu