fbpx
Xəbərlər

Azərbaycanda orta məktəbdə RƏZALƏT: müəllimin qızına seksual hərəkətlər etdilər

Sabirabadda orta məktəbdə baş verən rəzalətlə bağlı ekspertiza təyin edilib. 

Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib:

“Azyaşlının valideyni övladına qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib. Daxil olan müraciətlə bağlı dərhal araşdırmalara başlanılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub. Hal-hazırda RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***

Sabirabadda orta məktəbdə qız şagirdə qarşı seksual hərəkətlər edilib.

Bey.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində olan 1 saylı orta məktəbdə qeydə alınıb. Bu barədə rayon sakini olan qadın Polis Şöbəsinə müraciətində bildirib.

Onun sözlərinə görə, məktəbin arxasında 9-cu sinif şagirdi olan oğlan 11 yaşlı qızına qarşı seksual hərəkətlər edib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu