fbpx
Xəbərlər

Azərbaycanda polis mayoru qəfil öldü

BEY.AZ informasiya agentliyi xəbər verir


Qaxda keçmiş polis əməkdaşı qəflətən vəfat edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin hamam otağında ölüb. Onun huşsuz bədəni həyat yoldaşı tərəfindən aşkarlanıb.

İlkin məlumatda onun dəm qazından zəhərləndiyi deyilsə də, sonradan ürəktutmadan öldüyü məlum olub.

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayoru olub. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili kimi çalışıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu