fbpx

Azərbaycanda qar avtomobil yollarında çətinliklər yaradıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda yağan qar avtomobil yollarında çətinliklər yaradıb.

Bu barədə Metbuat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, respublikanın bir sıra rayonlarında qarın yağması ilə əlaqədar DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də BakıŞamaxıYevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.

Bununla yanaşı, digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir.

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir”, – İdarədən bildirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu