fbpx

Azərbaycanda qeyri-neft üzrə ixrac 38,5% artıb

BEY.AZ informasiya agentliyi xəbər verir

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (58,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 333,7 milyon ABŞ dolları, Rusiya Federasiyasına 191,7 milyon ABŞ dolları, Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 51 milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu